Sorğu
Sitemizi değerlendirin

05 Eyl 14:18Dunya

Ərdoğan: “Türkiyəyə sel kimi yeni qaçqın axını başlayacaq”

Ərdoğan: “Türkiyəyə sel kimi yeni qaçqın axını başlayacaq”















Hökumət qüvvələrinin Suriyanın İdlib əyalətində əməliyyat aparması humanitar fəlakət və Türkiyəyə üz tutan yeni qaçqın dalğası yarada bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, “Sabah” qəzetinin çərşənbə günü yaydığı məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstandan qayıdarkən təyyarədə jurnalistlərə deyib.

“Orada [İdlibdə] təqribən 3,5 milyon əhali var. Rusiya və ABŞ məsuliyyəti bir-birinin üzərinə atır. Lakin bu əraziyə raket düşməyə başlasa, ciddi şəkildə qan töküləcək, Türkiyəyə sel kimi yeni qaçqın axını başlayacaq”, – deyə o bildirib.

Türkiyə lideri əlavə edib ki, Ankaranın Rusiya və İranla əməkdaşlığı İdlibdə fəlakətdən yayınmağa kömək edə bilər və hazırda Rusiya ilə qarşılıqlı fəaliyyət çox vacibdir.

Bundan əlavə, Türkiyə lideri sentyabrın 7-d Tehranda keçiriləcək üçtərəfli Suriya sammitinin müsbət nəticələnəcəyinə ümid bəsləyir.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Kod:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Kodu girin: