Sorğu
Sitemizi değerlendirin

08 Eyl 09:57Olke / Siyaset

“Kommersant”: “Putin İlham Əliyevlə kənara çəkildi və daha bir saat təkbətək söhbət etdi…”

“Kommersant”: “Putin İlham Əliyevlə kənara çəkildi və daha bir saat təkbətək söhbət etdi…”















“Sentyabrın 1-də Vladimir Putin Azərbaycan Prezidenti ilə danışıqlardan sonra “Sirius”a gəldi. Çoxlu razılaşma imzalanmışdı, İlham Əliyev isə danışıqlardan sonra məhdud dairədə mətbuat üçün bəyanat verərkən Rusiya silahlarının çatdırılmasının xeyirindən, o cümlədən bu regionda ümumi iqlimə (hətta, nə bilmək olar, bəlkə Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına da) müsbət təsirindən danışırdı”, – deyə Azərbaycan liderinin bu yaxınlarda Moskvaya səfərinin maraqlı təfərrüatlarını açan nüfuzlu Rusiya nəşri “Kommersant” yazır.

Virtualaz.org-un məlumatına görə, “Kommersant” yazıda olduqca maraqlı bir məqama da toxunub: “Mətbuat üçün bəyanatlardan sonra Vladimir Putin protokol üzrə İlham Əliyevi “Boçarov Ruçey” iqamətgahının artırmasına qədər ötürməli və özü “Sirius”a getməli idi. Amma bunun əvəzinə o, İlham Əliyevlə yenidən xəlvətə çəkildi, hansı ki, onların heç birinin ətrafındakılar bunu gözləmirdi və iqamətgahın ən sakit guşələrindən birində onunla daha bir saat, artıq təkbətək söhbət etdi. Bu, Putinin “Boçarov Ruçey”də başqa ölkələrdən olan həmkarları ilə apardığı danışıqlardan məhz bununla fərqlənirdi”.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Kod:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Kodu girin: