Sorğu
Sitemizi değerlendirin

31 Oca 14:02Olke

ÜST: Azərbaycanda donuz qripi var – Nazirlikdən cavab

ÜST: Azərbaycanda donuz qripi var – Nazirlikdən cavab














Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda 16 nəfərin “donuz qripi”nə yoluxmasına dair xəbər yayıb.

Medicina.az xəbər verir ki, təşkilatın Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi və Avropa Bürosu aparılan laborator yoxlamalar nəticəsində Azərbaycanda 16 halda А/H1N1virusuna (donuz qripi) yoluxma halının təsdiqini tapdığını bildirib.

Səhiyyə Nazirliyindən bildirilib ki, Azərbaycanda “donuz qripi”nə yoluxma qeydə alınmayıb.

Qeyd edək ki, ÜST-nin Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi və Avropa Bürosu Azərbaycanda 2019-cu ilin yanvar ayının ilk 3 həftəsi ərzində laborator yoxlamalar zamanı 82 nümunədən 42-də müsbət nəticə əldə edildiyi, 16 halda А/H1N1 virusunun üzə çıxdığı barədə məlumat yayıb. Aşkarlanan virusların 5-i А/H3, 22-i A virusudur.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Kod:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Kodu girin: