Sorğu
Sitemizi değerlendirin

15 Nis 08:15Olke

İcra başçısı Ceyhun Cəfərov yorulmaz fəaliyyəti ilə öndədir - ÖZƏL

İcra başçısı Ceyhun Cəfərov yorulmaz fəaliyyəti ilə öndədir - ÖZƏL

Muradxan kəndində növbəti səyyar-qəbul görüş keçirilib


Kürdəmir  rayon  İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun rayonun Muradxan kəndində növbəti səyyar qəbul-görüşü  keçirilib.
Qəbulda   rayon  icra  hakimiyyətinin  məsul  işçiləri, hüquq-mühafizə orqanlarının,  səhiyyə,  təhsil,  mədəniyyət, digər  xidmət  təşkilatlarının  rəhbərləri, Muradxan   kənd   inzibati  ərazi dairəsinə daxil olan Sor-Sor, Muradxan və Çöl-Ərəb kəndlərinin sakinləri iştirak ediblər.
Kürdəmir rayonunda görülmüş işlər barədə geniş məlumat verən rayon İcra Hakimiyyətinin  Başçısı  Ceyhun  Cəfərov rayonun Muradxan  kənd  inzibati  ərazi  vahidliyində  də  xeyli  abadlıq, quruculuq, təmir-bərpa  işlərinin aparıldığını, bütün  potensial  imkanlar  nəzərə alınmaqla  bir  çox  layihələrin  uğurla  icra  olunduğunu, sakinlər   tərəfindən   qaldırılan   problemlərin həlli   istiqamətində  daim  tədbirlərin  görüldüyünü  diqqətə çatdırdı. Rayon rəhbəri  vurğulayıb ki,  Karrar qəsəbə-Pirili-Muradxan-Sor-Sor  avtomobil  yolunun  tikintisi  ilə   vətəndaşların  gediş-gəlişi, yük  və  sərnişin  daşınması  daha da asanlaşacaq, ən əsası bölgədə kənd təsərrüfatının inkişafında  geniş  imkanlar  yaradacaqdır.
Səyyar  qəbulda iştirak edən kənd sakinləri çıxış edərək kəndə gələn su kanallarının   təmizlənməsi, kənddaxili   yolların   təmir  olunması , ünvanlı   sosial yardımın  verilməsi,  kənd  təsərrüfatı, örüş   sahəsinin  ayrılması, torpaq  məsələləri  və  digər  problemlərin  həllinə  köməklik  göstərilməsini  xahiş  ediblər. Bütün   bunlar   nəzərə   alınaraq   qaldırılan   məsələlərin   həll   olunması   üçün     rayon   İcra  Hakimiyyətinin   Başçısı   yerindəcə    aidiyyatı   təşkilatların  rəhbərlərinə  göstəriş və tapşırıqlarını  verdi.
Kənd   sakinləri  öz  çıxışlarında   Azərbaycan   Respublikasının   Prezidenti   cənab  İlham   Əliyevin   daxili   və   xarici  siyasətini  yekdilliklə  bəyəndiklərini, eləcə  də  Respublikamızda   diqqəti  cəlb  edən sosial-iqtisadi inkişafdan böyük fəxr duyduqlarını   dərin  razılıq  hissi ilə bildirmiş,  dövlət  başçımızın  Kürdəmir rayonuna   göstərdiyi   xüsusi   diqqət  və  qayğını   yüksək  qiymətləndiriblər. Kənd   sakinləri   Azərbaycan    Respublikasının     Prezidentinin  Sərəncamına  əsasən   inşa   edilən  Karrar  qəsəbə - Pirili – Muradxan - Sor Sor   avtomobil  yolunun    tikintisinə     və      Muradxan    kəndinə   təbii   qazın   verilməsinə   görə   ölkə rəhbərinə  minnətdarlıqlarını  bildiriblər.
Rayon  İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov  görüşdə  qaldırılan  təkliflərin  tezliklə   həyata   keçiriləcəyini   əminliklə  qeyd  edərək,  cari məsələlərin  həlli   üçün   müvafiq  strukturların  rəhbərlərinə  konkret  tapşırıqlarını verdi.


Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

Son günlər ölkə KIV-lərində Ceyhun Cəfərov haqqında həqiqətə uyğun olmayan, gülünc doğuran yazılar dərc edirlər.

Bir sıra arqument çatışmamazlığından əziyyət çəkən sayt və portallar, yenidən Kürdəmir rayon İH başçısı Ceyhun Cəfərov üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Bütün bu hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə, onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Kanalim13.info olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Kürdəmir rayon İH başçısı Ceyhun Cəfərov haqqında iftira və böhtanlarla bağlı məsələ məhkəmə predmeti də olmuş və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.

Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz şəxs, nümunəvi icra başçısıdır. Bu şəxs kimidir? Bu şəxs hər kəsin dostu sadə azərbaycanlı Kürdəmir rayon İH başçısı Ceyhun Cəfərov. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, maddi-mənəvi problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Ceyhun Cəfərov. Bu insan, O qədər məsuliyyətli və diqqətçildirki, hansı yerdə işləməyinə baxmayaraq, həmin yerin tərəqqisi yolunda əlindən gələni əsirgəmir. 

Kürdəmir rayonuna gəldiyi gündən Ceyhun Cəfərovun icra başçısı vəzifəsini daşıdığı Kürdəmir rayonunda görülən işlərin siyahısına nəzər salanda isə Kürdəmir rayonunda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Rayonun regionun ən gözəl şəhərlərindən birinə çevrilməsində Ceyhun Cəfərovun əməyi böyükdür

Bu gün ölkəmizin hər yerində geniş abadlıq-quruculuq işləri gedir. Bunun da nəticəsində respublikamızın bütün regionları gündən-günə öz simasını dəyişərək abad və gözəl şəhərə çevrilirlər. Bu müstəvidə Kürdəmir rayonunda da gedən abadlıq-quruculuq işlərinin geniş vüsət alması və bu çərçivədə şəhərimizin ən gözəl məkanlardan birinə çevrilməsi hamımızda qürur hissi doğurur.. Belə ki, şəhərin giriş hissəsindən başlayaraq çıxışına qədər hər yerdə geniş abadlıq-qüruculuq işləri aparılır. Kürdəmirin Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməsində Kürdəmir Rayon İcra başçısı Ceyhun Cəfərovun əməyi böyükdür. Ceyhun müəllim rayonda aparılan abadlıq-quruculuq işlərini özünün xüsusi diqqət mərkəzində saxlayır.

Təkcə rayonda səhiyyənin dünəni, bu günü və sabahı haqqında deyil, həm də, bütövlükdə, Kürdəmirdə son aylar həyata keçirilən işlər danılmazdır. Hiss olunur ki, bütün varlığı ilə doğma torpağına bağlı olan bir adamdır. Rayon rəhbərliyinin təşəbbüskarlığı, fəallığı və təşkilatçılığı sayəsində Kürdəmirin xəritəsinə, az qala, hər ay yeni bir obyektin adı düşür. Heydər Əliyev parkının yenidən qurulması, Gənclər sarayının inşası, neçə-neçə yeni müəssisənin açılışı, digər sosial yönümlü obyektlərin istifadəyə verilməsi onu göstərir ki, Kürdəmir tezliklə Azərbaycanın ən abad, gözəl rayonlarından birinə çevriləcəkdir.

Son illər neçə-neçə istehsal, emal müəssisəsi açılıb, onlarca məktəb binası, uşaq bağçası tikilib. Kürdəmir dövlətin qayğısı və diqqəti sayəsində beləcə aybaay, ilbəil inkişaf edir, gözəlləşir, tanınmaz olur. Bu da turizmin inkişafına güclü təkan verir. Rayonun əlverişli coğrafi mövqeyi, zəngin təbiəti və burada olan çoxlu sayda tarixi mədəniyyət abidələri Kürdəmirdə turizmin inkişafı üçün potensial imkanlar yaradır. Kürdəmir rayonunun ərazisində gələcəkdə inanırıq ki, ekoturizm də inkişaf etdiriləcək. Bu da Kürdəmirin regionun turizm mərkəzlərində birinə çevriləcəyini göstərir. Bir sözlə, Kürdəmir inamla gələcəyə doğru addımlayır

Doğrudan da Kürdəmir regionun mərkəzinə çevrilməkdədir. Rayonun regionun ən gözəl şəhərlərindən birinə çevrilməsində rayon İH başçısı Ceyhun Cəfərovun əməyi böyükdür. Əminik ki, Kürdəmir bundan sonra da gözəlləşəcək və abadlaşacaq. Biz Kürdəmirin respublikamızın ən gözəl və abad rayonlardan birinə çevrilməsində böyük əməyi olanların hamısına, o cümlədən rayon rəhbərliyinə bu şərəfli işdə uğurlar arzulayırıq.

Ona görə də, biz burdan üzümüzü tütüb bəzi saytlara və qəzetlərə deyirik ki, öz mənfəətiniz üçün yalan-böhtan məlumatları dərc etməyəsiniz. Necə ola bilər ki, Ceyhun müəllimin üzünü və rayonda gördüyü işləri görmədən yalan və şantaj xarakterli yazılar dərc edəsiniz? Sayt və qəzet rəhbərləri bu cür hallar əsil jurnalistə yaraşan hərəkət deyil. Ona görə də yazı hazırlayarkən əvvəlcə işi araşdırın sonra olduğu kimi dərc edin. 
 

Kürdəmirin regionun ən gözəl şəhərlərindən birinə çevrilməsində  Ceyhun Cəfərovun əməyi böyükdür

Kürdəmirin regionun ən gözəl şəhərlərindən birinə çevrilməsində  Ceyhun Cəfərovun əməyi böyükdür
Kürdəmirin regionun ən gözəl şəhərlərindən birinə çevrilməsində  Ceyhun Cəfərovun əməyi böyükdür
Kürdəmirin regionun ən gözəl şəhərlərindən birinə çevrilməsində  Ceyhun Cəfərovun əməyi böyükdür
Kürdəmirin regionun ən gözəl şəhərlərindən birinə çevrilməsində  Ceyhun Cəfərovun əməyi böyükdür
Kürdəmirin regionun ən gözəl şəhərlərindən birinə çevrilməsində  Ceyhun Cəfərovun əməyi böyükdür
Kürdəmirin regionun ən gözəl şəhərlərindən birinə çevrilməsində  Ceyhun Cəfərovun əməyi böyükdür
Kürdəmirin regionun ən gözəl şəhərlərindən birinə çevrilməsində  Ceyhun Cəfərovun əməyi böyükdür
Kürdəmirin regionun ən gözəl şəhərlərindən birinə çevrilməsində  Ceyhun Cəfərovun əməyi böyükdür
Kürdəmirin regionun ən gözəl şəhərlərindən birinə çevrilməsində  Ceyhun Cəfərovun əməyi böyükdür
Kürdəmirin regionun ən gözəl şəhərlərindən birinə çevrilməsində  Ceyhun Cəfərovun əməyi böyükdür
Kürdəmirin regionun ən gözəl şəhərlərindən birinə çevrilməsində  Ceyhun Cəfərovun əməyi böyükdür
Kürdəmirin regionun ən gözəl şəhərlərindən birinə çevrilməsində  Ceyhun Cəfərovun əməyi böyükdür 
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Kod:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Kodu girin: