Sorğu
Sitemizi değerlendirin

23 May 10:11Olke

Məmməd Məmmədovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!



İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Məmməd Məmmədovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovdur.




Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov və qayğıkeşliyi ilə seçilən insandır.Şərəfli vəzifəyə yiyələnən Məmməd Məmmədov bu işin müqəddəsliyini qoruyub saxlayır. Məmməd Məmmədov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Məmməd Məmmədovdan danışdılar yaxşı ki, Məmməd Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub… Məmməd Məmmədov öz isguzarlığı ilə tanınır və seçilir….

Məmməd Məmmədov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Heç bir qüvvə Məmməd Məmmədovu heç vaxt əqidəsindən döndərə bilməz.

Məmməd Məmmədov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Məmməd Məmmədov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Məmməd Məmmədov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!




Prezident İlham Əliyevdən nümunə götürən Məmməd Məmmədovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Məmməd Məmmədov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Məmməd Məmmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Tovuz Rayon İcra Hakimiyyətinin başçısı kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Məmməd Məmmədov özünü doğruldub. Bizdə hörmətli Məmməd Məmmədovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.




Tovuz rayonunun 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə geniş Şura iclası keçirilib



Tovuz rayonunun 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı geniş Şura iclası keçirilmişdir.
Geniş Şura iclasında Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlov, RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri,  yerli icra nümayəndələri, bələdiyyə sədrləri, sahibkarlar,  ictimaiyyətin nümayəndələri və KİV təmsilçiləri iştirak edib.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov geniş məruzə ilə çıxış edərək qeyd etmişdir ki, bu il aprel ayının 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. İclasda cənab  Prezident sosial-iqtisadi sahədə görülmüş işləri ətraflı təhlil etmiş və növbəti dövr üçün qarşıda duran vəzifələri müəyyənləşdirmişdir. Müəyyən edilən yeni prioritetlər isə şübhəsiz ki, ölkənin sosial-iqtisadi inkişafına sanballı təkan verəcəkdir.
Cari ilin birinci rübündə rayonumuzun sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən tədbirlər ardıcıl qaydada davam etdirilmiş və bir sıra uğurlar əldə edilmişdir. 2019-cu ilin ilk üç ayında rayon iqtisadiyyatında makroiqtisadi göstəricilərdə dinamika müşahidə edilmişdir. Birinci rübdə keçən ilin eyni dövrünə nisbətən istehsal olunan məhsulun həcmi sənayedə 38,5 faiz, rabitədə 15 faiz, ticarət və xidmət sahələrində 3,2 faiz artmışdır. Bu dövrdə 52 milyon 975 min manatlıq məhsul istehsal edilmişdir ki, bunun da 39.1 faizi istehsal sahələrinin, 60,9 faizi isə xidmət sahələrinin payına düşür. Rüb ərzində 13 milyon  146 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmiş və kənd təsərrüfatında 1,2 faiz artım qeydə alınmışdır.
Birinci rübdə rayon üzrə təsdiq olunmuş 2 milyon 12 min 800 manat proqnoza qarşı büdcəyə 3 milyon 23 min 900 manat vəsait daxil olmuş, proqnoz 150,2 faiz yerinə yetirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən büdcəyə 1 milyon 11 min 900 manat çox vəsait daxil olmuşdur. Yerli xərcləri tənzimləmək üçün dotasiya alınmamış, xərclər tam olaraq rayonun gəlirləri hesabına həyata keçirilmişdir.
Bununla yanaşı  vergilərin yığılmasında ümumilikdə artım olsa da birinci rübün yekununa görə üç vergi növü üzrə proqnoz yerinə yetirilməmişdir. Bunlar torpaq vergisi, torpaqların icarə haqqı və sair daxilolmalardır. Ona nail olmaq lazımdır ki, bütün vergi növləri üzrə proqnozlar yerinə yetirilsin.
Nazirlər Kabinetinin iclasında cənab Prezidentin qeyd etdiyi kimi 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqli il olacaq. 2019-cu ilin əvvəlindən bilavasitə insanların rifah halının yaxşılaşmasına hədəflənən tədbirlərin reallaşdırılması daha da intensivləşib. Bu sahədə görülən işlər rayon əhalisinin həyatında da əhəmiyyətli şəkildə təcəssüm olunur. Minnətdarlıq hissi ilə qeyd edirəm ki, rayonumuzun 35 min nəfərdən çox sakini cənab Prezidentin cəmiyyətə təqdim etdiyi sosial paketdən bəhrələnir. Sakinlərimiz dövlətimizin sosial siyasətindən çox məmnundur.
İlin birinci rübündə rayon üzrə 413 ailəyə ünvanlı dövlət sosial yardımı ödənilmişdir ki, bunun da aylıq məbləği 66 min 780 manat təşkil edir.
İclasda özünüməşğulluq proqramından danışan cənab Prezident bildirmişdir ki, “Azərbaycanda özünüməşğulluq proqramının həm məşğulluq, həm iqtisadi inkişaf, həm də istehsal baxımından çox böyük gələcəyi var... Ona görə özünüməşğulluq proqramına daim diqqət göstərilməlidir”. Prezidentin bu göstərişlərinə uyğun olaraq rayonda əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində müvafiq tədbirlər həyata keçirilir. Özünüməşğulluq proqramı çərçivəsində ötən il 132 ailəyə müəyyən olunmuş hədd daxilində iri və xırda buynuzlu heyvanlar, 6 nəfərə isə müxtəlif xidmət sahələrində işləmək üçün avadanlıqlar verilmişdir. Bu il isə müxtəlif sahələr üzrə 18 nəfər  təlim kurslarına cəlb edilmişdir.   
Rayonda birinci rübdə 480 yeni iş yeri açılmışdır. O cümlədən, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə hazırlanmış “İşsizin Dostu” proqramına uyğun olaraq  “DOST İş Mərkəzi” MMC tərəfindən    450 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur.
Dövlətimizin başçısı sahibkarları da ödənişli ictimai iş yerləri yaratmağa, vətəndaşların məşğulluq problemini həll etməyə dəstək göstərməyə  çağırmışdır. Düşünürəm ki, rayonumuzun sahibkarları da bu təşəbbüsə qoşulmalıdırlar.
Hesabat dövründə Sahibkarlığın İnkişafı Fondu tərəfindən hüquqi və fiziki şəxslərə 14 layihə üzrə 764 min manat  kredit verilmişdir. Bu layihələr üzrə 14 iş yeri açılmışdır. Digər banklardan 3 min 25 nəfər fiziki şəxsə 7 milyon 804 min manat kredit verilmişdir.
Bu il möhtərəm Prezidentimiz İlham Əliyevin müəllifi olduğu   regionların sosial-iqtisadi inkişafına dair növbəti dördüncü Dövlət Proqramının icrasına başlanılmışdır. Dövlət Proqramına uyğun olaraq Tovuz rayonunda da müəyyən tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Rayonda qeyri-neft sektorunun inkişafı prioritet məsələ kimi ön plandadır. Hazırda Düz Qırıqlı kəndində kağız və karton tara istehsalı müəssisəsinin və Alakol kəndində dənli bitki toxumlarının emalı zavodunun tikintisi aparılır. Eyni zamanda “ABAD” layihəsi üzrə meyvə qurutma fabrikinin tikintisində işlər davam etdirilir. Kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq istiqamətləri üzrə iri istehsal gücünə malik olan Aqroparklar yaradılır. Kənd təsərrüfatı məhsullarının saxlanılması üçün müasir anbar-soyuducu bazalarının yaradılmasına təşəbbüslər göstərilir. Rayonumuzda sağlam biznes mühiti vardır və biz bu cür təşəbbüsləri dəstəkləyirik.
Hazırda ölkədə kənd təsərrüfatının inkişafında yeni mərhələ başlanıb. Əsas məqsəd kənd təsərrüfatının müasir texnologiyalar əsasında inkişafına nail olmaq, yerlərdə potensial imkanlardan maksimum yararlanmaq, ixrac yönümlü məhsulların istehsalına diqqəti artırmaqdır. Bunun üçün Nazirlər Kabinetinin iclasında qeyd olunduğu kimi işlər düzgün idarəçilik, innovasiyaların tətbiqi və fermerlərə yaxınlıq prinsiplərinə əsasən qurulmalı, hər bir kənd üzrə yeni inkişaf konsepsiyası hazırlanmalıdır. Bununla bağlı aidiyyəti qurumlara tapşırıqlar verilmişdir.
Mən bir qədər kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafı məsələləri üzərində dayanmaq istəyirəm. Bildiyiniz kimi son illər ölkəmizdə baramaçılığın inkişafına xüsusi diqqət yetirilir. O cümlədən, bizim rayonumuzda da üç ildir ki, baramaçılığın bərpasına başlanmışdır. Kümçülərimiz barama istehsalını ildən-ilə artırırlar. Bu il 13 ton barama istehsal etməyi nəzərdə tuturuq. Hazırda rayonun 30 yaşayış məntəqəsində ipəkqurdu bəslənilir, 160 ailə baramaçılıqla məşğul olur. Onu da qeyd edim ki, baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə davamlı tədbirlər görülür.
Tütünçülük sahəsində də işlər davam edir. Bu il 50 hektar sahədə tütün əkiləcəkdir. İndi tütün şitilini özümüz yetişdiririk, hazırda şitillərin sahələrə köçürülməsi davam edir. Biz rayonda kənd təsərrüfatının ənənəvi sahələrinin genişləndirilməsini təşviq edirik.
Rayonda son illər meliorativ tədbirlərin həyata keçirilməsi istiqamətində ardıcıl işlər görülür. Tovuzçay su anbarının istifadəyə verilməsi ilə 20 min hektar torpaq sahəsinin suvarma təminatı yaxşılaşdırılmış, 300 hektar yeni torpaq sahəsi əkin dövriyyəsinə daxil edilmişdir. Bununla yanaşı 2013-cü ildən başlayaraq Prezident Sərəncamları əsasında rayonda 63 subartezian quyuları qazılıb istifadəyə verilmiş və 819 ha sahənin suvarma təminatı yaxşılaşıdırılmışdır.  Cənab Prezidentin 2019-cu il 12 fevral tarixli Sərəncamına əsasən bu il rayonda daha 12 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Rayonda istifadədə olan 424 ədəd subartezian quyusu var və bu  7424 ha əkin sahəsi suvarılmasına imkan verir.
Cənab Prezidentin “Tovuz şəhərinin içməli su təchizatının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamının icrası birinci rübdə davam etdirilmişdir. Hazırda layihənin icrası başa çatmaq üzrədir. Ölkədə idarəetmənin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar çərçivəsində rayonumuzda regional Sukanal idarəsi yaradılmışdır. Etiraf etməliyik ki, əhalinin içməli su ilə təchizatında müəyyən nöqsanlar vardır. Bir sıra iri yaşayış məntəqələrində uzun müddət istismar olunan köhnə su xətləri indiki təlabat üçün yetərli deyildir. Bəzi yerlərdə isə daşıyıcı su kəmərləri korroziyaya uğrayaraq tamamilə sıradan çıxmışdır. Sözügedən köhnə su xətlərində təmir-bərpa işləri aparmaqla rayonunun Qovlar şəhəri,  Əyyublu, Düz Qırıqlı, Dönük Qırıqlı, Alakol, Köhnəqala, Məşədilər, İbrahimhacılı, Yuxarı Öysüzlü, Aşağı Öysüzlü, Düz Cırdaxan, Cəlilli və Aşağı Mülkülü kəndlərində əhalinin içməli su ilə təchizatını yaxşılaşdırmaq mümkündür. Ümid edirik ki, yeni yaradılmış qurum Tovuz rayonunda əhalinin dayanıqlı qaydada içməli su ilə təmin olunması məqsədilə lazımi tədbirlər görülməsinə nail olacaqdır.
Hesabat dövründə rayonda elektrik təsərrüfatının yenilənməsi, istismar müddətini başa vurmuş dayaqların, elektrik verilişi xətlərinin, transformatorların təmiri və təzələnməsi sahəsində müəyyən işlər görülmüşdür. Bununla belə bu sahədəki problemlər ləng həll olunur, bəzən insanları narahat edən nöqsanlar vaxtında aradan qaldırılmır.  Vətəndaşlar elektrik təsərrüfatının yararsız vəziyyətdə olması, elektrik avadanlıqlarının nasazlığı, enerji təchizatında tez-tez fasilələrin yaranması barədə çoxsaylı müraciətlər edirlər.  Ona görə də rayon elektrik şəbəkəsinin kollektivi fəaliyyətində çevikliyi artırmalı, elektrik təchizatı ilə bağlı vətəndaşların çağırışlarına operativ reaksiya verməli və mövcud potensialdan səmərəli istifadə etməlidir.
Əhalinin qazla təminatı sahəsində müəyyən işlər görülmüşdür.  Birinci rüb ərzində 52 yaşayış məntəqəsində 355 abonentə təbii qaz verilmiş və qazla təmin olunan abonentlərin sayı 32972-yə çatmışdır. Hazırda rayon üzrə qazlaşmanın səviyyəsi 92 faiz təşkil edir. Növbəti illərdə qazlaşma işləri Dövlət Proqramına uyğun davam etdiriləcəkdir. Bunlarla yanaşı əhalinin qaz təchizatı sahəsində də bir sıra nöqsanlar var. Payız-qış mövsümündə qazın təyziqinin aşağı olması, qaz təchizatında fasilələrə yol verilməsi halları insanların haqlı narazılığına səbəb olur. Dövlətimizin başçısı Nazirlər Kabinetinin iclasındakı yekun nitqində bu məsələlərə toxunmuş, əhalinin təbii qazla təminatı sahəsində yol verilən nöqsanlara öz iradlarını bildirmiş, bütün sahələrdə - elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmasını tələb etmişdir.
Cənab Prezidentin iradları bizim rayon üçün də xarakterikdir və bu ciddi tapşırıqlardan nəticə çıxarmaq hər kəsin borcudur. 
Rayonda yol infrastrukturunun yenilənməsi işləri davam etdirilir. Cənab Prezident 15 fevral 2019-cu il tarixdə “Tovuz rayonunun Qovlar–Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında”  Sərəncam imzalamış və bu məqsədlə vəsait ayırmışdır. Cari ildə 7 dağ kəndini rayon mərkəzi ilə birləşdirən həmin yolun tikintisi davam etdiriləcəkdir. Hesabat dövründə uzunluğu 31.9 km olan Əsrik Cırdaxan-Kirən-Baqqallı avtomobil yolunun tikintisi başa catmışdır. Burada yaşayan insanlar yolun tikintisindən çox məmnundurlar və ölkə rəhbərinə sonsuz minnətdarlıqlarını bildirirlər.
Eyni zamanda regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramında yerli əhəmiyyətli avtomobil yollarının, eləcə də kəndlərarası avtomobil yollarının tikintisinin, yenidən qurulmasının və əsaslı təmirinin davam etdirilməsi nəzərdə tutulmuşdur. Yaxın gələcəkdə rayonumuzun ərazisində asfaltlanmamış kəndlərarası yol qalmayacaqdır.
Təbii ki, yolların abadlaşdırılması, infrastruktur layihələrinin  icrası  özü ilə bərabər yerlərdə investisiya qoyulmasına şərait yaradır və ərazilərin sosial-iqtisadi inkişafında önəmli rol oynayır. Bu əhalinin məşğulluğunun artırılmasına, yeni iş yerlərinin açılmasına gətirib çıxarır və turizmin inkişafına əhəmiyyətli təsir göstərir. Tovuz-Böyük Qışlaq-Qaralar və Tovuz-Qovlar-Ağbaşlar avtomobil yollarının əsaslı təmiri  yol boyu turizm məkanlarının və iaşə obyeklərinin yaranmasına, əraziyə kütləvi turist axınına səbəb olmuşdur.  
Rayon ərazisində ekoloji təhlükəsizliyin təmin edilməsi, ətraf mühitin qorunması, yaşıllıqların salınması istiqamətində aparılan tədbirlər davam etdirilir. Birinci rüb ərzində rayonun müxtəlif yerlərində ayrı-ayrı vaxtlarda ağacəkmə aksiyaları keçirilmişdir. Yol kənarlarına, xiyabanlara, idarə müəssisə və təşkilatların ərazilərinə 10 min ədəd müxtəlif dekorativ ağaclar  və gül kolları əkilmişdir.
Yaşılıqların salınması ilə yanaşı mövcud meşəliklərin mühafizəsi və bərpası da qarşıda duran əsas vəzifələrdən biridir. Biz meşə təsərrüfatının qorunmasına ictimai nəzarəti gücləndirməli, hamılıqla meşəliklərin qanunsuz olaraq qırılmasına qarşı ciddi mübarizə aparmalıyıq.
2019-cu ilin birinci rübü ərzində “Tovuz rayonunda abadlıq işləri” xətti ilə Tovuz şəhərinin Şəhriyar və Musa Musayev küçələrində səkilərə tomet tavalar döşənmiş, beton bort daşları düzülmüşdür. Hazırda abadlıq işləri davam etdirilir.    
“Mənzil Fondunun əsaslı təmiri işləri” xətti ilə Tovuz şəhəri Sabir  küçəsində yerləşən çoxmənzilli yaşayış binasında təmir işləri aparılır. Birinci rübdə dəyəri 794 min manat, ümumi sahəsi 3540 kv.m olan  32  fərdi yaşayış evləri tikilib istifadəyə verilmişdir.  Tovuz şəhərində “Tarix Diyarşünaslıq Muzeyi” və “Bayraq Muzeyi”nin tikintisi tamamlanmaq üzrədir.  Qovlar şəhərində 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi başa çatmışdır. 624 şagird yerlik Alakol kənd tam orta məktəbinin, “Asan Xidmət” Mərkəzinin tikintisi davam etdirilir.
Cənab Prezidentin 6 mart 2019-cu il tarixli Sərəncamı ilə Aşıq Hüseyn Bozalqanlı adına Aşıq Sənəti Dövlət Muzeyinin tikintisinin davam etdirilməsinə vəsait ayrılmışdır.
Nazirlər Kabinetinin iclasında cənab Prezident məktəb tikintilərindən danışarkən qeyd etmişdir ki, “Biz qəzalı məktəblər problemini bu il, uzaqbaşı gələn il həll edəcəyik. Yəni, Azərbaycanda bir dənə də olsun qəzalı məktəb olmamalıdır”. Bizim rayonumuzda da qəzalı vəziyyətdə olan 9 məktəb vardır. Doğrudur, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında rayon üzrə bir sıra məktəblərin tikintisi və əsaslı təmiri, o cümlədən dağ kəndlərində modul tipli məktəblərin quraşdırılmasının davam etdirilməsi nəzərdə tutulmuşdur. Bunlar mərhələli qaydada öz həllini tapacaqdır. Biz ilk növbədə qəzalı məktəblərin tikintisinə nail olmağa çalışırıq. Bununla bağlı tərəfimizdən aidiyyəti mərkəzi icra orqanları qarşısında məsələlər qaldırılmışdır. Eyni zamanda qeyd etməliyik ki, son illərdə rayonumuzda çoxlu sayda yeni məktəb binaları tikilmiş və əsaslı təmir olunmuş, müasir inventar və avadanlıqlarla təmin olunmuşdur. Biz təhsilə göstərilən dövlət qayğısına əməli işlərimizlə, təhsildə əldə etdiyimiz nailiyyətlərlə cavab verməliyik.
Rayonda əhalinin sağlamlığının qorunması, sanitar-epidemioloji şəraitin yaxşılaşdırılması sahəsində davamlı işlər görülür.
Dövlət başçısının nəcib təşəbbüslərindən biri də əhalinin hər il dövlət hesabına tibbi müayinədən keçirilməsidir. Bu il 117 min 244 nəfər rayon sakini  tibbi müayinədən keçmişdir. Bu çox ciddi sosial addımdır  və vətəndaşlar bundan lazımınca faydalanırlar.
2020-ci ildən İcbari tibbi sığortanın tətbiqinə başlanacaqdır ki, bu da çox ciddi sosial addım olacaqdır. 
Birinci rüb ərzində rayonda bir sıra mədəni-kütləvi tədbirlər hazırlanıb keçirilmişdir. Bununla yanaşı təəsüflə qeyd etməliyik ki, rayonda fəaliyyət gösətərən mədəniyyət müəssisələrinin fəaliyyətində nöqsanlar vardır. Bu müəssisələrdə kadrların peşəkarlıq səviyyəsi indiki tələblərə uzlaşmır. Kifayət qədər maddi-texniki baza yoxdur. Ona görə də bu sahədə zəruri tədbirlərin görülməsinə ehtiyac vardır.
Cari ildə də “Ölkəmizi tanıyaq” şüarı altında tur-aksiyalar davam etdirilmiş, mart ayında Qəbələ, Şəki və Zaqatala rayonlarına 40 fəal məktəblinin iştirakı ilə tur aksiya təşkil olunmuşdur. İlk dəfədir ki, “Ölkəmizi tanıyaq” şüarı altında Tovuza 13 rayonu təmsil edən iki qrup məktəbli tur-aksiyaya gəlmiş və rayonumuzun sosial-iqtisadi və mədəni həyatı ilə tanış olmuşlar.
Rayonda ictimai-siyasi sabitlik höküm sürür. Hüquq-mühafizə orqanlarının birgə fəaliyyəti nəticəsində rayonda əməliyyat şəraiti sabit saxlanılmışdır.
Birinci rüb ərzində RİH başçısı aparatına 308 vətəndaş  müraciəti daxil olmuş, RİH başçısı tərəfindən 874 nəfər vətəndaş qəbul edilmişdir. Vətəndaş müraciətləri əsasən torpaq mübahisələri, elektrik, içməli su və təbii qaz təchizatı, əhalinin sosial müdafiəsi məsələləri, iş tələbi, birdəfəlik maddi yardım barədə olmuşdur. Vətəndaş müraciətlərinə diqqətlə yanaşılması və hər bir məsələnin araşdırılaraq müraciət müəlliflərinə əsaslandırılmış cavablar verilməsi daim nəzarətimizdə saxlanılır.
Bununla belə vətəndaş müraciətlərinə baxılmasında, onların şifahi qəbulunun təşkilində nöqsanlara yol verən vəzifəli şəxslər vardır. Təhlillər göstərir ki, Qovlar şəhəri, Aşağı Quşçu, Alakol, Əyyublu, Abulbəyli kəndlərində yerli icra nümayəndələri və bələdiyyə sədrləri vətəndaşların problemləri, gündəlik qayğıları ilə lazımi səviyyədə maraqlanmır, onların yerində həlli mümkün olan məsələlərə dair müraciətlərinə biganə münasibət göstəririlər. Eyni zamanda Tovuz su kanal idarəsində, elektrik şəbəkəsində, qaz istismar sahəsində, Mərkəzi rayon xəstəxanasında, Təhsil şöbəsində, Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsində vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmır, onlara başdansovdu cavablar verilir. Ona görə də sakinlər rəhbər təşkilatlara üz tutmalı olurlar. Biz bu məsələni ayrıca Şura iclasında müzakirə etməyi nəzərdə tuturuq.
Birinci rübdə yaşayış məntəqərində 10 səyyar qəbul-görüş keçirilmiş və bu görüşlərdə yerli sakinlər tərəfindən 137 təklif və tənqidi qeyd səslənmişdir. Bu müraciətlərin əksəriyyəti ərazilərin sosial-iqtisadi inkişafı ilə bağlı məsələlərə aid olmuşdur. Bu təkliflər araşdırılmış və müəyyən qismi rayonun iqtisadi-inkişaf planında nəzərə alınmışdır. Fərdi məsələlərin əksəriyyəti öz həllini tapmış, müəyyən hissəsi icraata götürülmüş, bəzi məsələlər  üzrə vətəndaşlara hüquqi izahatlar verilmişdir. 
Nazirlər Kabinetinin iclasında cənab Prezident qeyd etmişdir ki, “Dövlət orqanları, mərkəzi və yerli icra orqanlarının nümayəndələri daim vətəndaşlara qayğı, diqqət göstərməlidirlər, daim vətəndaşların yanında olmalıdırlar. İcra başçıları qəsəbələrdə, kəndlərdə olmalıdırlar, vətəndaşların problemlərini eşitməlidirlər, onlara biganə qalmamalıdırlar, onlara şərait yaratmalıdırlar, onlara dəstək olmalıdırlar, kömək göstərməlidirlər”.
Bu prinsiplərdən çıxış edərək biz həmişə vətəndaşlarımızın yanında olmağa, onların qayğıları ilə maraqlanmağa və həllinə kömək göstərməyə çalışırıq. Bundan sonra da əhali ilə təmaslarımızı daha da artırmağı, onları narahat edən məsələləri öyrənərək həllinə kömək göstərməyi başlıca vəzifəmiz hesab edirik.
Nazilər Kabinetinin iclasında cənab Prezidentin qarşıya qoyduğu vəzifələr bizim üçün müfəssəl fəaliyyət proqramıdır.
İcazə verin Azərbaycan dövləti və xalqı naminə gördüyü misilsiz işlərə, rayonumuza göstərdiyi diqqət və qayğıya görə Zati-aliləri cənab Prezidentə dərin minnətdarlığımı bildirim və əmin edim ki, Tovuz rayonunda onun bütün tapşırıqları bundan sonra da böyük məsuliyyət hissi ilə icra ediləcəkdir. 
Sonra məruzə ətrafında çıxışlar olub. Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rəhman Qasımov, Tovuz elektrik şəbəkəsinin rəisi Kəmalə Abdullayeva, Düz Cırdaxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Akif Mehdiyev çıxış edərək hesabat dövründə rəhbərlik etdikləri sahələrdə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.
Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan Mürsəlov çıxış edərək cənab Prezidentin həyata keçirdiyi daxili və xarici siyasət, ölkədəki ictimai-siyasi vəziyyət, həyata keçirilən quruculuq işləri barədə tədbir iştirakçılarına ətraflı məlumat vermiş və Tovuz rayonunda görülən işlərə münasibət bildirmişdir.
Geniş Şura iclası müzakirə olunan məsələ ilə əlaqədar müvafiq qərar qəbul etmişdir.




Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Kod:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Kodu girin: