Sorğu
Sitemizi değerlendirin

18 Eyl 13:22Olke

Malik İsaqov yüksək insanlığı ilə seçilən bir insandır! - ÖZƏL



Ali məktəblərə qəbul imtahanlarında tələbə adını qazanmış məzunlarla görüş

Sumqayıt şəhərində yerləşən 28 May Mədəniyyət evində tələbə adını qazanmış məzunlarla görüş keçirildi. Görüşdə Rayon İcra hakimiyyətinin başçısı cənab Malik İsaqov, RİH-nin məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və məzunlar iştirak edirdilər.          Tədbir açıq elan edildikdən sonra tələbə adını qazanan gəncləri təbrik edən RİH-nin başçısı Malik İsaqov qeyd etdi ki,  Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi  təhsil hər bir xalqın gələcəyidir. Təhsilsiz inkişaf ola bilməz. Bu mənada elm, təhsil hər bir ölkənin inkişafının əsasını təşkil edir.  Ölkəmizdə təhsilin inkişafı Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bütövlükdə son illər təhsilin inkişafına xidmət göstərən 16 Dövlət Proqramı qəbul edilmişdir. Bu Proqramlar məktəbəqədər təhsil, texniki peşə, orta ümumtəhsil və ali məktəblərin inkişafını nəzərdə tutan dövlət əhəmiyyətli fəaliyyət istiqamətlərini müəyyənləşdirir. Bu gün Qubadlı rayonunda da bu işlər uğurla davam etdirilir. Rayonda 32 ümumtəhsil məktəb fəaliyyət göstərir ki, onlardan 18-i yeni tikilmiş, 14-ü əsaslı təmir olunmuşdur. Eyni zamanda 2018/2019-cu tədris ilində  Abşeron rayonu St.Sumqayıt ərazisində yerləşən Qubadlı rayon Hal, Dəmirçilər kənd tam orta və Şəhər-4 saylı tam orta məktəbləri yeni məktəb binalarında fəaliyyətə başlamış, 2019-2020-ci tədris ilində isə Sumqayıt şəhər 12-ci mkr ərazisində məcburi köçkünlər üçün tikilmiş yeni şəhərcikdə Kavdadıq və Əliquluuşağı kənd tam orta məktəbləri üçün yeni bina tikilərək şagird və müəllim kollektivinin istifadəsinə veriləcəkdir. Bu il rayonumuzun Çaytumas kənd məktəb liseyi və Xocahan kənd tam orta məktəbləri qəbul imtahanlarında 100% nəticə göstərmişlər. Belə ki, Çaytumas məktəb liseyində məktəbi bitirən 34 məzunun hamısı, Xocahan tam orta məktəbində isə ali məktəblərə sənəd verən 16 məzunun hamısı tələbə adını qazanmışdır.     Cari ildə  442 məzundan 386 nəfəri (87,3%) sənəd vermiş və onlardan 297 nəfəri ali məktəblərə qəbul olmuşlar. Qəbul imtahanlarında iştirak edən 42 nəfər məzun 500-600 arası, 12 nəfər məzun isə 600-700 arası bal toplamışdır. Bu il rayonumuz üzrə qəbul faizi  77% təşkil edir. Butün bunlar cənab Prezident İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi uğurlu təhsil siyasətinin nəticəsidir.        Sonra çıxış edən  Qubadlı rayon təhsil şöbəsinin müdiri Fuad Bədəlov, valideynlər , məzunlar və digərləri gənclərlə görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Sonda yüksək bal toplamış gənclərə RİH tərəfindən mükafatlar verildi.

Malik İsaqov yüksək insanlığı ilə seçilən bir insandır! - ÖZƏL


Dillər əzbəri olan bu fikir belədir. Ağıllı adam düşdüyü çətinliklərdən hər zaman çıxış yolu tapır. Aqil adam isə ümumiyyətlə heç bir çətinliyə düşmür. Bəli, hazırkı dönəmdə belə insanlara nadir hallarda rast gəlinir. Son illərdə baş verənlərin yekununda diqqət çəkiləsi xəyli problematik situasiyalar var ki, günümüzdə dərhal həllinə çalışmalı və daha geniş miqyasda yayılmasına imkan vərilməməlidir.
Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Qubadlı rayonu İcra Hakimiyyətinin Başçısı Malik İsaqovdur.

Qubadlı rayonu İcra Hakimiyyətinin Başçısı Malik İsaqov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.
Qubadlı rayonu İcra Hakimiyyətinin Başçısı Malik İsaqovun adı, Qubadlı ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..
Qubadlı rayonu İcra Hakimiyyətinin Başçısı Malik İsaqov üstünə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməyə çalışır.
Malik İsaqov vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda Qubadlı rayonu İcra Hakimiyyətinda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.
-Malik İsaqov əsl ziyalı vicdanlı və vətənpərvər şəxsiyyət kimi milli “mən”i şəxsi “mən”dən hər zaman uca tutur, özünə hörməti şəxsi iddialarda deyil, uğurlu əməllərdə axtarır.



-Malik İsaqov yüksək insanlığı ilə seçilən bir insandır!

-Malik İsaqov - əsl ziyalı üçün vacib sayılan mühüm keyfiyyətlərdən biri də onun aydın mövqeyə sahib olması, taleyüklü məqamlarda rayon camaatının, gənclərin mənafeyi baxımından ən doğru, dürüst olanı seçməsi, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir.
Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Malik İsaqov fəaliyyətinin ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı.
Qubadlılılar Malik İsaqovun Qubadlı rayon İcra Hakimiyyətinin başçısı işlədiyi müddətdə gördüyü belə böyük işlərdən çox razıdırlar. Hətta Qubadlnın tanınmış ziyaliları, ağsaqqalları da bütün görülən bu uğurlu işlərə böyük nikbinliklə, fəxarətlə baxırlar.
Deməli, biz artıq qətiyyətlə deyə bilərik ki, Qubadlı özünün ikinci intibahına başlayıb və adı yenidən dünyanın ən inkişaf etmiş rayonları siyahısına düşəcək. İnanırıq ki, o gün uzaqda deyil.

HESABAT YIĞINCAĞI KEÇİRİLDİ

Qubadlı rayon İcra Hakimiyyətinin iclas zalında 2019-cu ilin I yarımilinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.   Yığıncaqda Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov, RİH-in məsul işçiləri, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, rayonun ictimaiyyət nümayəndələri iştirak edirdilər.    Yığıncaq açıq elan edildikdən sonra tədbirdə məruzə ilə çıxış edən Rayon İcra Hakimiyyətinin  başçısı cənab Malik İsaqov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Azərbaycan Respublikasının Prezidenti yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən söz açdı. Qeyd olundu ki, ölkədə həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq Qubadlı rayonunun sosial-iqtisadi inkişafında əhəmiyyətli irəliləyişlər əldə edilib. 2019-cu ilin  yarımilində rayonda fəaliyyət göstərən, idarə, müəssisə və təşkilatlar, eyni zamanda inzibati ərazi dairələri üzrə nümayəndəliklər qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə çalışıblar.       Malik İsaqov vurğuladı ki, hesabat dövrü sakinlərimizin məskunlaşma yerlərində yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmişdir. Bildiyimiz kimi Abşeron rayonu  st.Sumqayıt  ərazisində və Sumqayıt şəhər 12-ci mikrorayon ərazisində məcburi köçkünlər üçün inşa edilmiş şəhərciklərdə məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsi işi tam başa çatdırılmışdır. Min beş və min bir ailəyə hesablanan qəsəbələrin əsas kontingenti rayonumuzdan olan məcburi köçkünlərdir. Belə ki, Abşeron rayonu st.Sumqayıt adlanan ərazidəki şəhərciyə 357 ailə, Sumqayıt  şəhər 12-ci mikrorayondakı şəhərciyə 521 ailə, Qaradağ rayon “Ümüd” qəsəbəsinə isə 9 ailə köçürülmüşdür.Abşeron rayonu st. Sumqayıt adlanan ərazidəki şəhərcikdə rayonun Hal kənd, Dəmirçilər kənd və Qəsəbə 4 saylı tam orta məktəbləri, Gigiyena və Epidemiologiya mərkəzi, 140 yerlik Qubadlı şəhər 1 saylı körpələr evi-uşaq bağçası və rayon Rabitə qovşağının Poçt agentliyi fəaliyyətə başlamışdır. Bunun da nəticəsi olaraq 50 nəfər məcburi köçkün işlə təmin edilmişdir.    Cari ilin I yarımilində rayonun hüquq-mühafizə orqanları üzərlərinə düşən vəzifələrini yerinə yetiriblər. Asayişin qorunması təmin edilib və heç bir kriminogen durum qeydə alınmayıb.      Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsi tərəfindən yanvar, aprel və iyul çağırışlarında 115 nəfər hərbi xidmətə göndərilmiş, 629 nəfər gənc isə ilkin hərbi qeydiyyata alınmışdır. 6 nəfər gənc könüllü olaraq  müddətdən artıq həqiqi hərbi xidmətə yola salınmışdır.    Bunlardan əlavə rayon İcra hakimiyyətinin daxili imkanları hesabına cari ilin 6 ayı ərzində yas mərasimlərinin təşkilinə, xəstələrin müalicəsinə, “1941-45-ci illər müharibəsi” veteranlarına, bir sıra tədbirlərin keçirilməsinə və sair məsələlərlə bağlı aztəminatlı ailələrə 36min 700 manat pul köməkliyi edilmişdir.    Bildirildi ki, cari ilin 6 ayı ərzində rayon Məşğulluq Mərkəzi tərəfindən sakinlərimizin məşğulluğunun artırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir. Rayonda  20 min 600 nəfər əmək qabiliyyətli əhali var. Hesabat dövrü ərzində 64 yeni iş yeri açılmışdır. Ümumiyyətlə son 16 ildə rayon üzrə  yeni yaradılan iş yerlərinin sayı 4 min 7-ə çatdırılmışdır.   Rayon Təhsil şöbəsi də işini müvafiq Qanun və Təlimatlar əsasında qurmuş, qarşıya qoyulan vəzifələrin həllinə səy göstərmişdir. Söz yox ki, bütün bunların həyata keçirilməsi bu gün məktəblərimizdə yaradılan normal iş şəraitindən bilavasitə asılı olmuşdur. İndi rayon rəhbərliyinin təhsil  sahəsinə hədsiz qayğısı, təhsil müəssisələrinin maddi bazalarının gücləndirilməsi ilə bağlı dəstəyi nəticəsində təhsil müəssisələrində təlim işinin səmərəsinin yüksəldilməsi istiqamətində mövcud baza inkişaf etməkdədir     Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsi 3 tibb məntəqəsi ilə birlikdə məcburi köçkünlərə tibbi xidmət göstərilməsi işini davam etdirərək rüb ərzində10 min 897 ambulator xəstə qəbul etmişdir      Başçı qeyd etdi ki, cari ilin 6 ayı ərzində kənd təsərrüfatı sahəsində də müəyyən işlər görülmüşdür. Belə ki, rayon üzrə 79,4 hektar əkin sahəsi vardır ki, bunun da 40,6 hektarı taxıl, 7,3 hektarı bostan bitkiləri, 25,8 hektarı yonca, 3 hektarı tərəvəz, 2,7 hektarı isə tut bağlarıdır. Sakinlərimiz tərəfindən müxtəllif rayonların ərazisində əkilmiş taxıl sahələrində gəmirici və ziyanvericilərə qarşı mübarizə tədbirlərinin aparılmış fermerlərimizə lazımi məsləhətlər verilmiş, dərmanların və güzəştli gübrələrin alınmasında köməkliklər göstərilmişdir.      Rayonda xüsusilə son illər arıçılığı inkişaf etdirmək üçün müəyyən işlər görülməkdədir. Arıçılığı inkişaf etdirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti sərəncam imzalayaraq arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 2018-ci il də daxil olmaqla 5 (beş) il müddətində ildə 10 (on) manat məbləğində subsidiya müəyyən edilmişdir. Hal hazırda  bu  ildə  veriləcək subsidya  üçün  sənədləşmə  işləri  aparılmış, yaxın günlərdə 36 min 850 manat pul arıçıların plastik kart hesabına köçürüləcəkdir.      Daha sonra çıxış edən Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nüslət Əhmədov, Rayon Təhsil şöbəsinin müdiri Fuad Bədəlov və Xanlıq kənd İƏD üzrə nümayəndə Valeh Rüstəmov müvafiq sahələr üzrə görülən işlərdən bəhs edərək, qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə səylə çalışacaqlarını bildirdilər.   Daha sonra məruzələr ətrafında fikir mübadiləsi aparıldı və yerlərdən ictimaiyyət nümayəndələrinin çıxışları dinlənildi.     Sonra RİH başçısı Malik İsaqov Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2019-cu il tarixli 1284 nömrəli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Cabbarov Telman İmran oğluna və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 1205 nömrəli sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunmuş Həsənov Əvəz Maşallah oğluna medalları təqdim etdi.     Yekunda cənab Malik İsaqov bildirdi ki, görülən bütün işlərin təməlində insan amili durur. Əhalinin hər bir müraciəti, təklifləri, xahişləri daim diqqət mərkəzində saxlanılmalıdır.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Kod:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Kodu girin: