Sorğu
Sitemizi değerlendirin

09 Eki 11:51Cemiyyet

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Bico kənd sakinləri ilə görüşüb

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Bico kənd sakinləri ilə görüşüb

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev 08 oktyabr 2019-cu il tarixdə Bico kənd sakinləri görüşmüş, 125 nəfər sakin fərdi qaydada dinlənilmiş, qaldırılan məsələlər barədə aidiyyəti təşkilat rəhbərlərinə göstərişlər verilmişdir.
  Müraciətlərin 80%-i zəlzələ nəticəsində ziyan dəymiş fərdi yaşayış evləri ilə bağlı olmuşdur. Vətəndaşlara izah olunmuşdur ki, zəlzələninin nəticələrinin aradan qaldırılması ilə bağlı  Ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən ibarət komissiya tərəfindən rayon ərazisində  evlərə baxış keçirilmiş, verilmiş rəylərə müvafiq olaraq işlər icra olunacaqdır. Bundan əlavə kəndin suvarma arxlarının təmizlənməsi, həyətyanı torpaq sahələrinin verilməsi, fərdi qaydada bir neçə vətəndaşın həyətyanı sahəsində olan elektrik dayaqlarının yenisi ilə əvəz olunması, Bico və Keşdiməz kəndlərini birləşdirən körpünün təmiri, kəndin yuxarı hissəsinə suyun verilməsi üçün su nasosunun gücünün artırılması, şəhidin adını daşıyan yeni istifadəyə verilmiş həkim məntəqəsində şəhidin xatirə lövhəsinin asılması və digər məsələlərlə bağlı müzakirə aparılmış, müvafiq tapşırıqlar verilmişdir.
  Bundan əlavə RİH başçısı Heydər Əliyev Fondunun təşəbbüsü və vəsaiti hesabına tikilmiş həkim məntəqəsində olmuş, kollektivlə görüşmüş, onların problemləri ilə tanış olmuşdur.  Şəhid ailələri, Qarabağ müharibəsi veteranları, kənd ağsaqqalları ilə söhbət zamanı hər hansı məsələ ilə bağlı müraciətləri nəzərə alınaraq növbədənkənar qəbul olunacaqları onların diqqətinə çatdırmışdır. Aprel döyüşlərində şəhid olmuş Toğrul Fərəczadənin valideynləri ilə görüşən RİH başçısı onların mənzil-məişət şəraiti ilə tanış olmuş, qayğıları ilə bağlı aidiyyəti üzrə tapşırıqlarını vermişdir. Görüş səmimi və diskusiya şəraitində keçmiş, sakinlər tərəfindən rəğbətlə qarşılanmışdır.

Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Kod:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Kodu girin: