Sorğu
Sitemizi değerlendirin

04 Ara 12:35Olke

Təranə xanım Novruzova insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!


  İstər həmkarları arasında, istərsə də Sumqayıt şəhər sakinləri arasında özünə dərin hörmət qazanan, dərin savadı, əxlaqı, şərqli mədəniyyəti, avropalı işgüzarlığı ilə diqqəti cəlb edən Təranə Novruzova üstün məziyyətləri ilə hamının gözündə ciddi və tələbkar rəhbər işçi, fəal vətəndaşlıq mövqeyinə malik ziyalı kimi ucalmışdır. Böyük erudisiyaya, geniş məlumata, zəngin həyat təcrübəsinə malikdir. Onun kabinetinin qapısı həmişə açıqdır. Heç kimin sözünü kəsməz, səbrlə, təmkinlə dinləyər. Ələlxüsus da, cəmiyyətin həssas kateqoriyasına aid insanlara münasibətdə daha diqqətlidir.

Bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olan Təranə Novruzova qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, xidməti vəzifələrinin icrası ilə bağlı fiziki şəxslərin, habelə digər dövlət qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin edir. O, heç vaxt özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməmiş və bu cür təsir üçün şərait yaratmamışdır. Qanuna hörmətinin, ədalətsevərliliyinin, həqiqətpərəstliyinin şahidi olanların hamısı onun bu müstəvidə nümunə olduğunu təsdiqləyirlər. Ən müsbət cəhətlərindən biri də özünün bilik və qabiliyyətini, səy və bacarığını müntəzəm olaraq təkmilləşdirməsidir.

"...Siz müqəddəs ailə, məhəbbət və dostluq ittifaqına daxil olursunuz. Qoy, bu gündən etibarən həmin tarix yeni və xoşbəxt bir ailənin yaranması kimi bayram edilsin. Sizi bura gətirən gözəl hisslər daim qəlbinizdə yaşasın. Sizə bu həyat yolunda böyük uğurlar arzulayırıq".

Sumqayıtda ailə qurmuş xeyli cütlük nikah mərasimlərində Şəhər Qeydiyyat İdarəsinin rəisi Təranə Novruzovanın dilindən eşitdikləri bu xeyir-dua nidalarını həmişə xatırlayacaq və nikah məmurunun gülər üzünü heç vaxt unutmayacaqlar. Təranə xanım isə təkcə ailə quran gənclərin üzüklərini dəyişdirəndə deyil, elə hər gün, hər saat mehriban görünür, İdarənin nikahdan əlavə digər xidmətlərindən də istifadə üçün müraciət edən vətəndaşlara həssas yanaşır, ədliyyə orqanları işçilərinin etik davranış qaydalarına dürüst əməl edir.

Təranə xanım Novruzova insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!


Sumqayıt Şəhər Qeydiyyat İdarəsi doğumun, ölümün, nikahın bağlanmasının, nikahın pozulmasının, atalığın müəyyən edilməsinin, övladlığa götürülmə, adın , ata adının və soyadın dəyişdirilməsi barədə qeydlər aparır və doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, atalığın müəyyən edilməsi və övladlığa götürmə haqqında şəhadətnamə verir. İdarə fəaliyyətini qanunvericiliyə uyğun təşkil edib, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası "Ailə Məcəlləsi"nin, kargüzarlıq qaydalarını müəyyən edən Təlimatın tələblərinə əməl edir, Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestr Xidməti ilə əlaqəli işləyir.

 Təranə Novruzova şəhərin ictimai tədbirlərin əksəriyyətində, "Ailə Günü"ndə, "Uşaqların Beynəlxalq Müdafiəsi Günü"ndə, eləcə də son illərdə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində keçirilməsi ənənə halını almış nikah mərasimlərində aparıcı söz sahibi kimi çıxış edir.

 Təranə Novruzova jurnalistlərin də yaxın dostudur. O, Şəhər Qeydiyyat İdarəsinin fəaliyyəti barədə ictimaiyyəti məlumatlandıran kütləvi informasiya vasitələri nümayəndələrinin qanunla müəyyən edilmiş hallarda və qaydada doğru (dürüst) məlumatlar almasına köməklik göstərir. Media mənsubları Təranə xanımdan aldıqları informasiyaları etibarlı sayırlar.

Sumqayıt şəhər qeydiyyat şöbəsinin rəisi Təranə xanım Novruzova peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.Şərəfli sədr peşəsinə yiyələnən Təranə xanım Novruzova bu işin müqəddəsliyini qoruyub saxlayır. Təranə xanım Novruzova kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır. 

Sorğu apardıq ağız dolusu Təranə xanım Novruzovadan danışdılar yaxşı ki, Təranə xanım Novruzova Sumqayıt şəhər qeydiyyat şöbəsinin rəisi  təyin olunub… Təranə xanım Novruzova öz isguzarlığı ilə tanınır və seçilir….

Təranə xanım Novruzova Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Təranə xanım Novruzovanı heç vaxt əqidəsindən döndərə bilməz.

Təranə xanım Novruzova böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Təranə xanım Novruzova yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Təranə xanım Novruzova ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Təranə xanım Novruzovanın böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Təranə xanım Novruzova insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Təranə xanım Novruzova bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Sumqayıt şəhər qeydiyyat şöbəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün postlarda Təranə Novruzova özünü doğruldub. Bizdə hörmətli Təranə Novruzovanı dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Kod:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Kodu girin: