Sorğu
Sitemizi değerlendirin

15 Oca 10:47Cemiyyet

Türkiyə bu addımı Putinin israrı ilə atdı – Şok gəlişmə

Türkiyə bu addımı Putinin israrı ilə atdı – Şok gəlişmə


Türkiyə və Suriya kəşfiyyat rəhbərlərinin görüşü Rusiya Prezidenti Vladimir Putinin tələbi ilə baş tutdu.
Bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, İYİ Partiyasının üzvü Aydın Sezgin deyib.
“Onsuz da aşağı səviyyəli görüşlərin olduğu deyilirdi. Artıq rəsmiləşdirildi. Necə rəsmiləşdirildi? Putinin israrı ilə… Müxalifət uzun zamandır ki, iqtidar və Əsəd arasında danışıqların aparılmasını tələb edirdi. Bu, millətin səsi ilə deyil, Putinin tələbi ilə baş tutdu”, – deyə müxalif deputat bildirib.
Qeyd edək ki, Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan Suriya Təhlükəsizlik Bürosunun rəhbəri Əli Məmlüklə Moskvada görüşüb.  /Axar.az/
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Kod:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Kodu girin: