Sorğu
Sitemizi değerlendirin

18 Mar 14:29Olke

Metronun da fəaliyyəti dayandırılır? — RƏSMİ AÇIQLAMA

Metronun da fəaliyyəti dayandırılır? — RƏSMİ AÇIQLAMA


"Tədris prosesində fasilə elan olunduğu üçün hazırda sərnişin sıxlığı müşahidə olunmur”.Ölkədə koronavirus təhlükəsi ilə əlaqədar ciddi məhdudlaşdırıcı tədbirlər həyata keçirilsə də, vətəndaşların ən çox istifadə etdikləri metroda sərnişinlərin sıxlığı müşahidə olunmaqdadır. Bu isə virus təhlükəsindən ehtiyatlanan insanlarda əlavə stress yaşadır.
O baxımdan, mümkün riskləri önləmək üçün məhdudlaşdırıcı tədbirlər çərçivəsində Metropolitenin fəaliyyətinin dayandırılması ehtimalı xeyli güclənib.
"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında bu məsələyə münasibət bildirib.Bəxtiyar Məmmədovun sözlərinə görə, Metropolitenin fəaliyyətinin dayandırılması hələ ki müzakirə olunmur:
"Metropolitendə dezinfeksiya və gündəlik profilaktik tədbirlər ciddi nəzarət altında həyata keçirilir. Tədris prosesində fasilə elan olunduğu üçün hazırda sərnişin sıxlığı müşahidə olunmur.
"Bakı Metropoliteni” QSC ilə Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah arasında müntəzəm və sıx şəkildə əlaqə qurmaqla, müvafiq məsləhətləşmə, müzakirə və fikir mübadiləsi aparılır, bütün lazımi məlumatlar təqdim olunur.
Qərargahın və aidiyyatı səlahiyyətli strukturların tapşırıq və tövsiyələrinə ciddi şəkildə əməl olunur”.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Kod:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Kodu girin: