Sorğu
Sitemizi değerlendirin

18 Mar 14:25Cemiyyet

Ölkədaxili qatarların hərəkəti dayandırılır — SON DƏQİQƏ

Ölkədaxili qatarların hərəkəti dayandırılır — SON DƏQİQƏ


Martın 19-dan martın 29-dək Bakı-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Bakı elektrik qatarları istisna olmaqla, ölkədaxili sərnişin qatarlarının hərəkəti dayandırılır. “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY)  verdiyi məlumata görə, Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı, Bakı-Tbilisi-Bakı (Böyük Kəsiyə kimi) sərnişin qatarı, Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarı, Bakı-Köçərli-Balakən-Bakı sərnişin qatarı, Bakı-Astara-Horadiz-Bakı sərnişin qatarı, Bakı-Yalama-Bakı elektrik qatarı və Bakı-Şirvan-Hacıqabul-Bakı elektrik qatarının hərəkəti dayandırılır.Martın 18-dən 29-dək olan tarixlər üçün bu qatarlara alınan biletlər geri qaytarılarkən gediş haqqı məbləği tam şəkildə sərnişinlərə qaytarılır.
Martın 18-də Bakıdan yola düşən ölkədaxili bütün qatarlar gündəlik qrafikə uyğun hərəkət edir.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Kod:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Kodu girin: