Yeni XəbərLər
Koronavirus xəstəsindən xoşagəlməz HƏRƏKƏT - İŞƏ POLİS QARIŞDI
23.11
Vətən müharibəsində əməyi olan igidlərimizi tanıyaq - SİYAHI
23.11
FHN-in yerli strukturları azad olunmuş ərazilərdə fəaliyyətə başladı
23.11
Azərbaycanlı əsirlərlə bağlı komitədən AÇIQLAMA
23.11
Bu şəxslərə qaz, işıq, su pulsuz veriləcək? - AÇIQLAMA
23.11
Samir Şərifov: "Gələn ilə hazırlanmış dövlət büdcəsi layihəsinə işğaldan azad olunmuş ərazilərin yenidənqurulması ilə bağlı düzəlişlər daxil ediləcək"
23.11
Arxiv
Sorğu
Sitemizi değerlendirin
XIRDALANDA əxlaqsız yuvası - Qadınlar belə görüşür - VİDEO

Əxlaqsızlıq yuvalarının bir sıra hallarda əsasən gözdən uzaq, könüldən iraq guşələrdə fəaliyyət göstərməsi adamı çaşdırmır. Düşünürsən ki, "ara xəlvət-tülkü bəy" xislətli adamlar əməllərini geniş ictimaiyyətdən gizlətmək üçün belə qazanc üsulları seçib. Bəzən də elə olur ki, müxtəlif cazibəli adlarla pərdələnmiş istirahət guşələri əslində əxlaqsızlıq yayan pritonlar kimi öz işindədir. Belə biabırçılıqlara nədənsə əlaqədar strukturların reaksiya verməməsi də göztərir ki, hansısa dairələr bu susqunluqla əslində öz məqsədlərini güdür. Apardığımız müşahidələrdən sonra belə nəticəyə gəlmişik ki, əxlaqsızlıq yuvaları kimi fəaliyyət göstərən istirahət guşələri səlahiyyətlilərdən kimlərinsə çox ciddi himayəsindədir.
Xırdalan şəhəri dairəsinin yaxınlığında adsız kafe-restoran yerləşir. Düzü, restoranın giriş qapıları laybalay olduğundan adamı bir az çaşdırır. Yəni, bilmək olmur bura kafedi, yoxsa otel, ya çalağan yuvası. Çaşqınlığın tezcə keçməsi üçün gərək içəri daxil olub həyətdə bir az müşahidə aparasan. Baxıb ayırd edəsən ki, burada sıralanmış "inomarka" lardan kimlər düşəcək. İşdi, əgər qarşınızda sıralanmış kabinetlərə bir müştəri nəzəri ilə baxmaq istəsəniz, səbrli olun, çaşıb da yerinizdə qalmayın. Bunu başqa əlamətə yozan olar. Yox, hərgah gözlədiklərinizin əksini müşahidə edəcəksinizsə, qarşınızda vur-tut iki yol qalır: ya kafedə oturub bir qismət çörək kəsmək, ya da...bazzz..."bazburutlu" oğlanların xanım-xatunlarla sıcaq ünsiyyətlərindən müvafiq nəticə çıxarmaq.
İndi özünüz bilin. Qalan əllamələrdən qoyun mən danışım. Nə deyim? Deyim ki, ay eloğlu, bura restoran kimi restoran da deyil. Bura əslinə qalsa heç otel kimi otel də deyil. Bura əxlaqsızlıq yuvasıdır, vəssalam. Özlərini sahbkar adlandıran işbazlar burada kimlərəsə arxayın olub çax-çux edirlər. Özü də əksər sözlərin kökü də "baz"a hörük bağlayıb. Elə ki, axşam düşür, şər qarışır, bu bazxanada hoqqabazlar bazarlığa çıxır. Elə bil cənnət bağındasan, bir-birindən gözəl quşların hır-hırçı və ikrahlı cəh-cəhindən adam hayıl-mayıl olur. Amandı, etməyin-eləməyin. Belə üsulluca qazanc yolunun gətirdiyi pulun onsuz da bərəkəti olmur...
Restoran adıyla fəaliyyət göstərən pritonun sahibi Vasif müəllimə yaxınlaşıb müsahibə aparmaq istədik, bu biabırçılığın nə qədər düzgün olub-olmamasından xəbər tutmaq istədik, o öz növbəsində bildirdi ki, mənim “krişam” var, mən heç kimdən qorxmuram, pulumu verib “pul” qazanıram.
Bu əxlaqsız yuvası haqqında aidiyyatı orqanlara müraciət edib, insan alveri ilə məşğul olanlar öz haqlı cəzasını alacaqlar.
Yorum ekle
Xəbərlər
Koronavirus xəstəsindən xoşagəlməz HƏRƏKƏT - İŞƏ POLİS QARIŞDI 12:37Vətən müharibəsində əməyi olan igidlərimizi tanıyaq - SİYAHI 12:29FHN-in yerli strukturları azad olunmuş ərazilərdə fəaliyyətə başladı 12:24Azərbaycanlı əsirlərlə bağlı komitədən AÇIQLAMA 12:20Bu şəxslərə qaz, işıq, su pulsuz veriləcək? - AÇIQLAMA 12:06Samir Şərifov: "Gələn ilə hazırlanmış dövlət büdcəsi layihəsinə işğaldan azad olunmuş ərazilərin yenidənqurulması ilə bağlı düzəlişlər daxil ediləcək" 11:06FHN-dən əhaliyə VACİB MÜRACİƏT - Koronavirusla bağlı 11:02Baş infeksionistdən koronavirus XƏBƏRDARLIĞI 10:56
ULU ÖNDӘR

Istifadəçi Girişi