Sorğu
Sitemizi değerlendirin

17 Tem 12:30Cemiyyet

"Sərtləşdirilmiş karantin rejimini tətbiq etməklə biz bu uçurumdan geri dönə bildik" — Prezidentin köməkçisi SON VƏZİYYƏTİ AÇIQLADI

"Sərtləşdirilmiş karantin rejimini tətbiq etməklə biz bu uçurumdan geri dönə bildik" — Prezidentin köməkçisi SON VƏZİYYƏTİ AÇIQLADI


“Doğurdan da təhlükəli vəziyyət idi və biz bu çətin anları yaşadıq. Azərbaycanda biz o uçuruma yaxın idik. O uçurumu görüb, geri döndük. Məhz təkrar sərtləşdirilmiş karantin rejimini tətbiq etməklə biz bu uçurumdan geri dönə bildik”.Bu fikirləri Prezidentin köməkçisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov AzTv-yə müsahibəsində deyib.
“Siz təsəvvür edin, ikinci karantin rejiminin tətbiq edildiyi ərəfələrdə xəstəxanlarda barmaqla sayılacaq qədər yerlərimiz var idi”, - deyə Prezidentin köməkçisi bildirib.
Onun sözlərinə görə, ən böyük problem çox sayda insanın virusa yoluxması nəticəsində onların  xəstəxanaya yerləşdirilməsidir.  
“Bu gün dünyada elə bir ölkə yoxdur ki, onun səhiyyə sistemi  bütün virusa yoluxanların hamısını  xəstəxanalara yerləşdirməyə müvəffəq olsun. Heç bir dünya ölkələrinin səhiyyə sistemi buna tab gətirə bilməzdi. Biz bunu görürük və prosesi izləyirik”,-Ş. Mövsümov qeyd edib.
Prezidentin köməkçisi əlavə edib ki, bütün dünyada karantin rejimini tətbiq etməyən ölkə yoxdur. Bir çox ölkələrdə ikinci dəfə karantin rejimi  tətbiq edildi.  Azərbaycan da həmin ölkələrdən biridir.“Sizinlə bu proses zamanı gördüklərim barədə fikrimi bölüşmək istəyirəm. Təsəvvür edin virusa yoluxan insanların, hamısını xəstəxanaya yerləşdirmək qeyri-mümkündür. Çünki, bütün xəstələr üçün yer yoxdur. Belə halda ya xəstələr hansısa rayon xəstəxanasına yerləşdirilməlidir, ya da olan palatalarda əlavə çarpayı qoyulmalıdır. Bu çox təhlükəli vəziyyətdir. Pandemiya zamanı biz  o uçuruma çox yaxın idik. İkinci karantin rejiminin tətbiq edildiyi ərəfələrdə xəstəxanlarda barmaqla sayılacaq qədər yerlərimiz qalmışdı. Cənab Prezidentin tapşırıqları ilə çox qısa müddətdə modul tipli xəstəxanalar tiklib istifadəyə verilməsiydi, Azərbaycan  çıxılmaz vəziyyətlə üz-üzə qalardı. Vaxtında atılmış addımlar və görülən işlər bizi uçurumun kənarından geriyə dönməyə imkan verdi”.
Azərbaycanda  ikinci dəfə sərt karantin rejiminin tətbiq edildiyi ərəfə və  karantin dövründə virusa yoluxanlar haqqında məlumat verən Ş.Mövsümov bildirib ki, virusa yoluxma halının sürətlə artdığını nəzərə alaraq  məcburiyyət qarşısınd ikinci dəfə sərtləşdirilmiş karantin rejiminin tətbiqinə qərar  verilib:
 “Bir müddət virusa yoluxma sürətlə artdı və görülən işlər nəticəsində sonra stabilləşməyə başladı.  Sevindirici haldır ki, iyulun 16-dan etibarən  ilk dəfə olaraq virusa yoluxanlaırn sayı 500-dən aşağı düşüb. Bu isə o deməkdir ki, karantin rejimi öz bəhrəsini verməyə başalyıb. Burada əsas məsələ yoluxanların sayı ilə bağlıdır.  Çünki yoluxma halı bizdən asılı olan məsələdir. Tövsiyyələrə əməl etmək virusa yoluxma risqini azaldır.  Sərtləşdirilmiş karantin rejimində tövsiyyələrə əməl edildiyi üçün müsbət nəticələr əldə etməyə başlamışıq. Buna görə xalqımıza təşəkkür etmək istəyirəm.
Buna baxmayaraq  hələ də yoluxma məsələsində pik göstəricilərdəyik. Azalma yalnız iyulun 16-dan qeydə alınmağa başlanılıb.  Təəssüf hissi ilə deməliyəm ki, Operativ Qərargah da  vəziyyəti müzakirə edərək, karantin rejiminin uzadılmasının  qaçılmaz olduğu barədə müəyyən qərarlar qəbul edib. Biz daha iki həftə sərtləşdiirlmiş karantin rejimini uzatmaq məcburiyyətindəyik”.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Kod:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Kodu girin: