Sorğu
Sitemizi değerlendirin

18 Eyl 12:57Olke

Xalq artisti Zemfira Nərimanova məhkəməlik oldu

Xalq artisti Zemfira Nərimanova məhkəməlik oldu


Bakıda tarixi binaya balkon əlavə etmək istədilər… Əldə etdiyimiz məlumata görə, tanınmış aktrisa, Azərbaycan Respublikasının xalq artisti, Prezident təqaüdçüsü Zemfira Nərimanovanın qonşusu ilə mübahisəsi məhkəməlik olub. Məlumatda bildirilir ki, aktrisanın üst qonşusu Aərbaycan Respublikasının Nazirlər Kabinetinin 132 saylı qərarı ilə 1889-cu ildə tikilmiş tarixi abidə kimi Mədəniyyət Nazirliyinin balansında olan binadakı mənzilinə eyvan əlavə etmək istəyib. Binanın əsas divarının xəsarət alması, həmiçinin kommunikasiya xətlərinin sıradan çıxması səbəbindən aktrisanın qonşusu ilə arlarında yaranan mübahisə Səbael rayon məhkəməsinə daşınıb. Bu barədə Z.Nərimanovadan münasibət öyrənməyə çalışdıq. Xəbəri təsdiq edən xalq artisti hazırda iş məhkəmdə olduğu üçün ətraflı məlumat vermək istəmədiyini bildirdi. Onun sözlərinə görə, məhkəmə təmir işlərinin dayandırlıması barədə ilkin qərar versə də, qonşusu təmir işlərini davam etdirir. "Mədəniyyət nazirliyinin keçmiş işçilərinin səhlənkarlığı ucbatından yaşadığım tarixi binaya böyük ziyan dəyib. Ümidvaram Mədəniyyət naziri cənab Anar Kərimov bu məsələyə həssaslıq göstərərək tarixi abidənin müdafiəsində dayanacaq.", – deyən Zemfira xanım bu məhkəmə ilə bağlı yaxın günlərdə mətbuata geniş məlumat verəcəyini qeyd etdi. (veten-tv.az)

P.S. Vəkil ilə  əlaqə saxladıq, Zemfira Nərimanova dedi ki, açıqlama verəcəyik

Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Kod:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Kodu girin: