Sorğu
Sitemizi değerlendirin

22 Eyl 14:59Olke

Lerik meşələrində yaşıl "soyqırım"-davam edir - VİDEO

Lerik meşələrində yaşıl "soyqırım"-davam edir - VİDEO



Bu gün dövrü mətbuatda Lerik meşələri ilə bağlı nə  qədər səs-küylü yazılar getsədə heç bir ölçü götürülmür və yeni yeni zidiyyətli xəbərlər gəlməkdə davam edir. Bizə olunan müraciətlərdə, verilən xəbərlərdə və göndərilən videolarda açıq aşkar hər şey görünərək faktlar öz təsdiqini tapır.

Demək olarsa Lerik meşələrinin acı durumu ilə bağlı bizim mətbu orqana hər gün informasiyalar daxil olur və silsilə yazılarımızı davam etdirsəkdə Lənkəran Regional Meşə Təsərrüfatının Direktoru Füzuli Bayramova gözün üstə qaşın var deyən tapılmırki tapılmır.

Meşələri qorumalı olan qurumların rəhbər şəxsləri öz merkantil maraqlarını güdərək ağacları qırmaqda davam edirlər. Ağac kəsintisinə, meşə qırıntılarına görə əsas günahkar şəxs kimi Füzuli müəllimin adı çəkilir. Çox təssüflər olsun ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yüksək rəhbər vəzifəli şəxsləri və 1-saylı ərazi üzrə Ekologıya və Təbii Sərvətlər Nazirliyinin idarə rəisi Rəfael Tahirov tərəfindən himayə olunan bu şəxs sanki"toxunulmaz"statusunda əlamətdar şəxs hesab olunaraq öz çirkin əməllərini həyata  keçirməkdə davam edir.

Artıq  bu gün qanunsuz olaraq müəyyən ərazilərdə meşə torpaqlarının satılması ittihamı səslənməkdədir.



Lerik meşələrinin vəhşicəsinə qırıb talan edilməsi barədə aidiyyatı qurumlara nə qədər şikayətlər daxil olsada, mətbuatda reallığı  əks etdirən video görüntülər yayılsada Təbıı Sərvətlər və Ekologıya nazirliyi susqunluq nümayiş etdirir. Əksinə meşələrdə  
qırılıb daşınan məhv edılmış meşə ərazilərinin günu-gündən dahada genişlənməsi müşahidə edilir. İyul ayının -21-də 2020-ci ildə  çəkilmiş videodan göründüyü kimi nə qədər çalışsalarda öz isti izlərini, korparativ maraqlar naminə etdıklərı vəhşilikləri, ağac qırıntılarını tamamilə itirə  gizlədə bilməmişlər.

Videonu seyr edib baxanda açıq aydın hər şey hiss olunur. Ağcaqayın cinsli ağacları kəsib məhv etmişlər. Bütün bu qanunsuzluqlar, bu olaylar 18-ci meşə dolayında Rəzvandə adlanan ərazidə Tərlan Qəribovin  nəzarət etdiyi sahədə baş vermişdir. Meşəbəyi vəzifəsini daşıyan Tərlan Qəribovun adı  bu kimi neqativ hallardatez-tez çəkilir. Bizim yazılarımızda da çox vaxt  Tərlan Qəribov günümüzün ən çox adı hallanan "qəhrəmanlarımızdan "biridir. 
Bu qədər faktların qarşısında nazirliyin susması doğrusu bizi çox təcübləndirir. Cənub bölgəsində hər iki qurum rəhbərinin 1-saylı ərazi üzrə Ekologıya və Təbii Sərvətlər Nazirliyinin idarə rəisi Rəfael Tahirovun və Lənkəran Regional Meşə Təsərrüfatı idarəsinin rəisi Füzuli müəllimin çox yüksək dairələrdən himayə olunduğu danışılır. Məhz onun məntiqi nəticəsidir ki bütün edilən şikayətlər nəticəsiz qalır. Çünki ortalığda hansısa maraqlar var. Bax bu maraqların acı nəticəsidir ki,son illərdə ölkə boyu meşələrin məqsədli şəkildə məhv edilməsi prosesi reallıqa  çevrilmişdir.


Nazirlikdə bütün bu faktlar araşdırılmır, aidiyyatı qurumlar bütün bu işlərdə cinayət tərkibi olsada nəyə görəsə vaz keçməli olurlar. Sanki Rəfael Tahirovun, Füzuli Bayramovun qanunsuz əməllərinə hansısa maraqlar müqabilində elə özləri də dəstək nümayiş etdirirlər. Cənab nazir Muxtar Babayev qarşısını almaqda acizlik nümayiş etdirir. Hərdən bir bəzi qurumların rəhbərlərinin yerlərini dəyişməklə və ya aşağı vəzıfəyə göndərməklə məsələnin həllinin bitmiş olunduğunu hesab edir. Sanki cənab nazirdə Rəfael Tahirovun və Füzuli Bayramov birliyinin gücü qarşısında  adekvat addım ata bilmir. 

Lerik meşələri ılə bağlı bizə o qədər ilginc məlumatlar verilir ki biz təcüblənməydən başqa o tərəfə keçə bilmirik.  Hətta bizə bəlli olan bilgilərdən, digər mətbu mənbələrdən məlum olur ki gecələr Lerik meşələrindən işlik materialları yük maşınları ilə Lənkəran -Masallı istiqamətinə daşıyırlar. Biz bu məsəni daim diqqət mərkəzində saxlayacaqıq. 
Son olaraq bizdə Azərinfo.az olaraq qarşı tərəfin mövqeyini öyrənməyə dinləməyə və dərc etməyə hazırıq.



Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Kod:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Kodu girin: