Sorğu
Sitemizi değerlendirin

22 Eyl 15:00Olke

Lerik meşələrinin qara bəxti - VİDEO+FOTOLAR





Dəyərli oxucular !
Biz mütəmadi olaraq Lerik meşələrinin acınacaqlı durumu ilə bağlı silsilə yazılar  yazsaqda təəssüflər olsun ki, burada işlər óz ahəngi ilə davam edir. Necə deyərlər dərə xəlvət tülkü bəy. Yazdiqlarimizin tam əksinə olaraq sanki qəsdən Lerik meşələrinin talan edilməsi kampaniyasına start verilmişdir.

Həyəcan təbilini hələ çoxdan çalmağimiza baxmayaraq aidiyyatı qurumlardan bir münasibət öyrənməyimiz, yazılarımıza adekvat cavab verilməsinin nədənsə şahidi olmadıq.

Apardığımız araşdırmalara,təqdim etdiyimiz video faktlara söykənərək Lerik meşələrinin məqsədyónlü şəkildə məhv edilməsi ilə bağlı dəfələrlə sərlövhəli yazilar təqdim etsəkdə nə Təbii Sərvətlər və Ekologiya nazirliyi 1-sayli ərazi idarəsinin rəisi Rafael Tahirov nə də Lənkəran regional meşə təsərrüfatı idarəsinin rəisi Füzulı Məmmədov qəflət yuxusundan ayilmir. Əksinə hər hansı münasibət bildirmək əvəzinə Füzuli Bəy bizləri təhdid edir, təhqirə keçir və dövlət məmuruna yaraşmayan tərzdə ilginc kobudluq nümayış etdirir.

Bu işlərə görə Füzulı müəllimin nəzərinə çatdırırıq ki bizlərlə belə davranmaq əvəzinə yaxşı olardı ki hər zaman təqdim etdiyimiz tribunadan istifadə edib öz münasibətini  geniş izah verərək bildirib həm medianın həmdə içtimaiyyətin nəzərinə  çatdırardi.

Hər zaman etibarlı mənbədən aldığımız məlumatlara, bizə təqdim olunan video faktlara söykənərək  baş verən neqativ halları olduğu kimi işiqlandirmişiq. Bu ğünlər üçün ən aktual mövzulardan biri Lerik meşələrində baş verən neqativ halların baş verməsidir. Bizə təqdim olunan yeni video süjetlərdə , foto şəkillərdə Lerik meşələrində baş verən talanlarin, yaşıllıqların məqsədyönlü şəkildə məhv edilməsi tam çilpağliği ilə əks olunub.

Lerik meşələrinin qara bəxti - VİDEO+FOTOLAR


Bizi maraqlandiran əsas səbəblərdən biridə bütün bu rüsvayçı olayların və neqativ halların Qəribov Tərlanın cavabdeh olduğu ərazilərdə baş verməsidir. Yəqinki bu Tərlan müəllimin peşəkarlığından xəbər verir.
Ümumiyyətlə Lerik meşələrinin talan edilməsi prosesi sanki bir ən-ənə halina çevrilərək artan dinamika ilə nəzərə çarpmaqdadir.
Bizə yeni təqdim olunan faktlara rəğmən Lerik meşələrində Rəzgov ərazisində -8-ci dolaylarda baş verən olaylardır.Videodan  və foto-şəkillərdən göründùyü kimi baş verən bu olaylarla bağlı yəqin ki, yenə Rəfael Tahirovun, Füzuli Məmmədovun rəhbərlik etdiyi qurumlar öz ən-ənəsinə sadik qalaraq yenə susqunluq nümayiş etdirəcəklər. Tərlan Qəribov isə öz ampulasinda qalaraq vacib tapşırıqları yerinə yetirməklə məşğul olacaqdir.
Sonda Azərinfo.az olaraq bizdə öz ən-ənəmizə sadik olaraq bizim ùçün ən aktual móvzu olan Lerik meşələrinin talehi ilə bağlı silsilə yazilarimizi, jurnalist araşdırmalarımızı davam etdirəcək, bu mövzunu daim diqqət mərkəzində saxlayacaqiq.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa, öyrənməyə, dinləməyə və dərc etməyə hazırıq.



Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Kod:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Kodu girin: