Sorğu
Sitemizi değerlendirin

23 Eki 14:06Cemiyyet

Son sutkada Ermənistanda 2474 nəfər koronavirusa yoluxub

Son sutkada Ermənistanda 2474 nəfər koronavirusa yoluxub


Qəsbkar Ermənistanda koronavirus epidemiyası sürətlə yayılmaqdadır. Son bir sutkada bu ölkədə 2474 nəfərdə yeni koronavirusa yoluxma faktı qeydə alınıb.
“Ölkə.Az”a erməni mediasına istinadən xəbər verir ki, son günlərdə Ermənistanda koronavirusa  yoluxma sayı kəskin artmaqdadır.

Artıq 73310 nəfər koronavirus infeksiyasına yoluxub. Oktyabrın 22-də bu göstərici  70 836 nəfər olub. Son bir gündə 2474 nəfərin yoluxması ilə say 73310 nəfərə yüksəlib. Ötən gün ərzində isə virusdan 14 nəfər ölüb. Bununla da  ölənlərin sayı 1145 nəfərə  yüksəlib. Koronavirusun yan təsirlərindən ölənlərin sayı isə 329 nəfərdir. Hazırda Ermənistanda 21 560 nəfər  koronavirus infeksiyasından müalicə alır.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Kod:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Kodu girin: