Yeni XəbərLər
Koronavirus xəstəsindən xoşagəlməz HƏRƏKƏT - İŞƏ POLİS QARIŞDI
23.11
Vətən müharibəsində əməyi olan igidlərimizi tanıyaq - SİYAHI
23.11
FHN-in yerli strukturları azad olunmuş ərazilərdə fəaliyyətə başladı
23.11
Azərbaycanlı əsirlərlə bağlı komitədən AÇIQLAMA
23.11
Bu şəxslərə qaz, işıq, su pulsuz veriləcək? - AÇIQLAMA
23.11
Samir Şərifov: "Gələn ilə hazırlanmış dövlət büdcəsi layihəsinə işğaldan azad olunmuş ərazilərin yenidənqurulması ilə bağlı düzəlişlər daxil ediləcək"
23.11
Arxiv
Sorğu
Sitemizi değerlendirin
23 Kas 12:37Cemiyyet
Koronavirus xəstəsindən xoşagəlməz HƏRƏKƏT - İŞƏ POLİS QARIŞDI

Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxan rayon sakininin yaşayış yerini tərk edərək işlədiyi ət satışı dükanında olduğu müəyyən edilib.DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı rayonunun Ərkivan qəsəbə sakini Mösüm Kazımova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.
Lakin Masallı RPŞ-nin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, işlədiyi Ərkivan qəsəbəsində yerləşən ət dükanında aşkarlanıb.
M.Kazımov polis əməkdaşları tərəfindən nəzərdə tutulan qaydalara uyğun olaraq dərhal təcili tibbi yardım vasitəsilə yaşadığı evə aparılıb. İşlədiyi mağaza isə Qida Təhlükəsizliyi İdarəsinin əməkdaşları və Gigiyena və Epidemiologiya İdarəsinin əməkdaşları tərəfindən baxış keçirildikdən sonra bağlanılıb.
COVID-19 infeksiyasının daşıyıcısı olan M.Kazımovla profilaktik söhbətlər aparılıb, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətinə çatdırılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.
Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Masallı RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.
Yorum ekle
Xəbərlər
Koronavirus xəstəsindən xoşagəlməz HƏRƏKƏT - İŞƏ POLİS QARIŞDI 12:37Vətən müharibəsində əməyi olan igidlərimizi tanıyaq - SİYAHI 12:29FHN-in yerli strukturları azad olunmuş ərazilərdə fəaliyyətə başladı 12:24Azərbaycanlı əsirlərlə bağlı komitədən AÇIQLAMA 12:20Bu şəxslərə qaz, işıq, su pulsuz veriləcək? - AÇIQLAMA 12:06Samir Şərifov: "Gələn ilə hazırlanmış dövlət büdcəsi layihəsinə işğaldan azad olunmuş ərazilərin yenidənqurulması ilə bağlı düzəlişlər daxil ediləcək" 11:06FHN-dən əhaliyə VACİB MÜRACİƏT - Koronavirusla bağlı 11:02Baş infeksionistdən koronavirus XƏBƏRDARLIĞI 10:56
ULU ÖNDӘR

Istifadəçi Girişi